Ölkə futbolu
Milli formadan şəxsi mənafeyi üçün istifadə edən Rəfiyev
“Sumqayıt” daha iki oyunçusunu itirəcək. Öt…
“Sumqayıt” daha iki oyunçusunu itirəcək. Ötən yay komandaya cəlb olunan Əli Babayev və Aleksey İsayev yol üstədi.
Ölkə kubokunun finalçısının aparıcı oyunçuları fərqli istiqamətlərə gedir. Əli vətəni İsrailə dönürsə, Aleksey başqa kluba satılacaq. Ötən mövsümə əla başlayan, sonra isə sıradan futbolçuya çevrilən cütlük artıq onları dəyərə mindirən, potensiallarını açmalarına yardımçı olan “Sumqayıt”ın verdiyi maaşı bəyənmir və daha çox qazanacaqları yer axtarırlar.
Futbolda gözlənilən proseslərdi – bu gün burdasan, sabah harada olacağını kimsə bilmir. Vəziyyətə, şəraitə görə hərəkət etməli olursan. İsayevlə Babayev də bu cür davranır, daha çox qazanacaqları yerə qaçırlar.
Lakin burada məntiqsiz olan bir məqam var. “Sumqayıt” bu köçəri quşları bir ayın içində milliləşdirdi, AFFA-dakı hamilərin hesabına yığma oyunçusu etdi. İndi onların vizit kartında Azərbaycan millisinin oyunçusu olmaları haqda bənd var. Bu isə futbolçuların daha çox qazanmasına, qiymətə minməsinə hesablanıb.
Klubun menecer prezidenti Riad Rəfiyevə də “Sumqayıt” zatən bunun üçün lazımdı. İndi bu futbolçular Rəfiyevə məxsus, ondarma rəhbər qoyduğu menecerlik şirkətinin – “3R”-in müştəriləridi. Və onların satışından əldə olunan gəlir, bağladığı müqavilədən gələn komisiyon haqqı Riada çatacaq. Azərbaycan polisini ələ salması ilə yadda qalan, İsrail qanı ilə fəxr edən Əli, ürəyi Rusiya üçün döyünən Aleksey millimizi yalnız öz dəyərlərini artırmaq üçün seçib, yığmamızdan məqsədləri naminə istifadə ediblər. Rəfiyev də bu işdə hər şey edib. Milli komandanın baş məşqçi postuna gətirdiyi Nikola Yurçeviç onun hər xahişinə “baş üstə” deyir, əl-ələ verib pul qazanırlar.
“Sumqayıt”ın sabahı isə kimsənin vecinə deyil. Adını gəncləşdirmə siyasəti qoyaraq, ölkənin əsas şəhərərindən birini rəzil günündə olan komandaya möhtac edəcəklər. Yerli azarkeşlərin hər oyun ürəyi ağzına gələcək, sevincə həsrət qalacaqlar, Rəfiyev isə qatladığı yüzminlərin kefini çıxaracaq. Kirvəsi Elşad Nəsirovun sayəsində gözəl həyat onun üçün bitməyəcək. Daydaylı həyar çox zövqlüdü.
FƏRİD
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub