Ölkə futbolu
Dəstəksiz milli: AFFA da bunun marağındadı
Milli komandamızın qarşıdakı seçmə oyunlarına maraq &cce…
Milli komandamızın qarşıdakı seçmə oyunlarına maraq çox azdı. AFFA ölkədə futbol təsərrüfatını elə məhv edib ki, azarkeşlər yığma komandaya da biganədi.
Millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində ən məsul oyunlarına çıxır. Bakıda ardıcıl iki oyunda götürəcəyimiz xalların sayı yarışdakı perspektivimizə də böyük ölçüdə aydınlıq gətirəcək. Ona görə də komandanın azarkeş dəstəyinə ciddi ehtiyacı var. Lakin AFFA oyunun təbliği baxımından heç bir iş görmür, fanatları tribunaya gətirmək üçün hər hansı genişmiqyaslı fəaliyyətlə diqqət çəkmir.
İyunun 8-də Macarıstan, 11-də Slovakiyaya qarşı matçlar AFFA rəsmilərinin ölkə rəhbərliyi qarşısında götürdükləri öhdəlik baxımından həlledicidi. 4 oyunu Bakıda baş tutacaq final mərhələsinə vəzifə tapşırığını yerinə yetirmək üçün maksimum xal lazımdı. Və AFFA bunun üçün azarkeş bolluğunu da təmin etməli, komandanı 12-ci oyunçunun köməyi ilə uğura daşımalıdı. Lakin bizimkilər uğura inanmadığından, fanatların onları istefaya çağırma ehtimalını nəzərə alaraq, boş tribunalar önündə oynamağın arzusundadı.
Bakı Olimpiya Stadionunda Avropa Liqasının final matçı üçün azarkeş bolluğunu, anşlaqı təmin edə bilməyən AFFA indi klublara üz tutub. Biletlər satılmır, futboldan küsən azarkeşlər oyuna maraq göstərmir. Assosiasiya da heç olmasa, yalançı görüntü yaratmaq üçün fan-klublara havayı bilet paylayır. Onlar müəyyən sektorlara əyləşdiriləcək və nəzarət altında olacaq.
Oyunlara bilet satışı ilə bağlı hər hansı açıqlama yoxdu, deməli, ajiotajdan söhbət belə gedə bilməz. Bir neçə fan-klub sayəsində qondarma dəstək fonu yaradılacaq. Halbuki hamı oyuna səfərbər olunsa, milli üzvləri də onlardan gözləntiləri daha yaxşı anlayar və daha əzmlə mübarizə aparardı. İndiki halda isə qazanılacaq təsadüfi 1 və ya 3 xala göz dikilib.
Maraqlıdı ki, fan-klublar da süni görüntü yaradılması planını anlayıb. Azarkeşlər arasında oyunu boykot etməyin təbliğatı aparılır. Onlar milli komandanın millətin yox, AFFA-dakı bir qrup işbazın komandası olduğunu çoxdan anlayıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub