Milli komanda
“Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik”
“Yaydır, yarışlar başa çatıb. Futbolçular for…
“Yaydır, yarışlar başa çatıb. Futbolçular formada olmaya bilər. Ancaq onlar peşəkardırlar və qarşıdakı oyunlara ikiqat hazırlaşmalıdırlar”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.
Yerli mətbuata açıqlamasında İordaniya ilə keçiriləcək yoldaşlıq görüşündən danışan çexiyalı mütəxəssis bu oyundan sonra millimizlə matç üçün heyəti müəyyənləşidrəcəyini bildirib:
"Komandaya əlavə 6 nəfər dəvət etmişik. Onları da sınaqdan keçirmək istəyirik. İordaniya ilə oyunda şans qazanacaqlar. Əsas heyət isə Azərbaycanla matça hazırlaşacaq. İordaniya ilə görüşdən sonra 6 nəfər komadanı tərk edəcək. Ancaq futbolçulardan bizi yaxşı mənada təəccübləndirən olsa, Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik".
Qeyd edək ki, Azərbaycan – Slovakiya oyunu iyunun 11-də keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub