Dünya futbolu
“Trabzonspor” rəsmiləri Azərbaycan – Macarıstan oyunu üçün gəlir
“Trabzonspor” klubu nümayəndələrini ölkəmiz?…
“Trabzonspor” klubu nümayəndələrini ölkəmizə göndərəcək.
Futbolinfo.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
"Bordo-mavililər"in rəsmiləri AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Macarıstan görüşünü stadiondan izləyəcək. Səfərdə məqsəd Macarıstan yığmasının vitse-kapitanı Adam Salaini izləmək olacaq. Türklər həmçinin oyundan öncə danışıq aparmaq üçün "Hoffenhaym"ın hücumçusu ilə görüşməyə də çalışacaqlar.
32 yaşlı forvardın meneceri Oliver Fişer də "Trabzonspor"dan təklif aldıqlarını təsdiqləyib. Amma o, Salainin bütün diqqətini rəsmi oyunlara yönəltdiyini deyib: "Trabzonspor"un onunla maraqlanması doğrudu. Amma kapitan bütün diqqətini Azərbaycan və Uelslə keçiriləcək oyunlara yönəldib. "Trabzonspor" Türkiyənin köklü klublarından biridi. Ancaq indi Salainin transfer məsələsi gündəmdə deyil. Seçmə mərhələ oyunlarından sonra fərqli liqalardan gələn təklifləri nəzərdən keçirib, bir qərar verəcəyik". (matc.az)
Qeyd edək ki, iyunun 8-də millimizin qonağı olacaq macarlar bundan 3 gün sonra Uelsi qəbul edəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub