Dünya futbolu
Türkiyəli futbolçu İtaliya klubu ilə vidalaşdı
Futbol üzrə Türkiyə yığmasının yarımmüdafiə&cce…
Futbol üzrə Türkiyə yığmasının yarımmüdafiəçisi Salih Uçan İtaliyanın “Empoli” klubu ilə yolları ayırıb.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O, klub rəhbərliyinə, azarkeşlərə, birgə çalışdığı futbolçu və məşqçi heyətinə təşəkkürünü bildirib.
Salih Uçan “Empoli”yə 2018-ci ilin yayında “Fənərbaxça”dan transfer olunmuşdu. O, A Seriyası təmsilçisinin heyətində 14 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Empoli” isə 20 kollektiv arasında 18-ci yeri tutaraq, B Seriyasına yuvarlanıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”