Ölkə futbolu
“Qarabağ”dan ispaniyalı futbolçu ilə 2 illik müqavilə – RƏSMİ
“Qarabağ” futbolçusu Miçellə yeni müq…
“Qarabağ” futbolçusu Miçellə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, müqaviləsinin müddəti başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb.
2015-ci ildən bu komandada çıxış edən Miçel 144 oyunda 29 qolla yadda qalıb, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, “Qarabağ”da bir müddət əvvəl Qara Qarayevlə də müqavilə yenilənmişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”