Dünya futbolu
Serxio Ramosdan yeni rekord
Futbol üzrə İspaniya yığmasının AÇ-2020-nin se&ccedi…
Futbol üzrə İspaniya yığmasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Farer adalarına 4:1 hesabıyla qalib gəldiyi oyun kapitan Serxio Ramos üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, Madrid “Real”ı ilə də çoxsaylı rekord müəllifi olan 33 yaşlı futbolçu ölkəsinin milli komandası ilə ən çox qələbə qazanan oyunçuya çevrilib.
İlk dəfə 2005-ci ildə İspaniya yığmasının formasını geyinən Serxio Ramos, indiyə qədər bu komandanın heyətində 164 oyuna çıxıb. O, bu qarşılaşmalardan 122-də qələbəyə sevinib.
Öncəki rekord İker Kasilyasa məxsus idi. Bir müddət öncə karyerasını başa vurduğunu açıqlayan təcrübəli qapıçı, millidə 121 dəfə qələbə sevinci yaşamışdı.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-15 11:29
“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı
- Müsahibə2024-04-15 16:20
“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”