Dünya futbolu
Mustafa Dənizli yenidən “Traktorsazi”də
Cənubi Azərbaycanın “Traktorsazi” klubuna yeni baş mə…
Cənubi Azərbaycanın “Traktorsazi” klubuna yeni baş məşqçi təyin edilib.
Futbolinfo.az xəbər verir ki, bundan sonra Təbriz təmsilçisini türkiyəli mütəxəssis Mustafa Dənizli çalışdıracaq.
Son olaraq Türkiyə Super Liqasında “Kasımpaşa”nı çalışdıran və sona iki tur qalmış istefa verən 69 yaşlı mütəxəssis “Traktorsazi” ilə 5 illik müqaviləyə imza atıb.
Dənizli 2018-ci ilin yanvar ayında da “Traktorsazi”yə 11 oyunluq baş məşqçilik etmişdi.
Xatırladaq ki, Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəran”ın “sükan”ı arxasında olub. O, İranda "Pas Tehran" və "Persepolis" klublarını da çalışdırıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?