Ölkə futbolu
“Qəbələ” Polşada 9-cu oldu
Polşada 11 yaşadək futbolçular arasında təşkil olunan &ld…
Polşada 11 yaşadək futbolçular arasında təşkil olunan “Murapol Cup” beynəlxalq turnirinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turnirin ilk gününün nəticələrinə əsasən, “Qəbələ” son yarış günündə 9-12-ci yerlər uğrunda mübarizə aparıb.
Hər iki matçda “Qəbələ”nin rəqibləri yerli komandalar olub. Əvvəlcə "Rux" üzərində penaltilərlə qələbə qazandıqdan (əsas vaxt 1:1, qol: Ayxan Əmiraslanlı) sonra "Qurnik"i 2:1 hesabı ilə (qollar: Həzrət Səmədov) üstələyən Azərbaycan təmsilçisi yarışı 9-cu pillədə başa vurub.
“Qəbələ” kuboka, baş məşqçi Şəhruz Mustafayev və futbolçu Rəsul Mirzəyev xüsusi mükafata Polşa futbolunun məşhur simaları Miroslav Şimkovyak və Tomaş Frankovskinin təqdimatında layiq görülüblər.
Turnirin qalibi adını Kiyev "Dinamo"su qazanıb. Ukraynalılar əsas vaxtı 1:1 hesabı ilə başa çatan finalda "ÇFR Kluj"u (Rumıniya) penalti seriyasında məğlub edib. 3-cü pilləni yerli "Yagelloniya" tutub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?