Ölkə futbolu
“Qarabağ”da oynamağa razılıq verdi
“Neftçi”nin sabiq müdafiəçisi Aylton S…
“Neftçi”nin sabiq müdafiəçisi Aylton Silva karyerasını “Qarabağ”da davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı braziliyalı sol cinah müdafiəçisi özü “Qarabağ”da oynamağa razılıq verib.
Hazırda isə danışıqlar futbolçunun müqavilə ilə məxsus olduğu Almaniyanın “Ştutqart” klubu ilə davam etdirilir. Almanlarla da razılıq əldə edilsə, o zaman Ailton yaxın vaxtlarda “Qarabağ”la müqavilə imzalayacaq. (qol.az)
Qeyd edək ki, “Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl – 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub