Dünya futbolu
Premyer Liqa klubundan yeni transfer
İngiltərənin “Brayton” klubu heyətini yeni futbol&cced…
İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gənc müdafiəçi Mett Klarkı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Portsmut”dan transfer olunan 22 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İngilis futbolçu “İpsviç”in yetirməsidi. O, 2015-ci ildə bu klubu “Portsmut”a dəyişib. Klark sözügedən komandanın kapitanı idi.