Dünya futbolu
Aftandil Hacıyevdən darmadağına şərh
Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail&rdquo…
Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” yoxlama oyununda “Beroe” klubuna məğlub olub.
Futbolinfo.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev, 0:4 hesabı ilə məğlub olduqları oyunla bağlı klubun saytına fikirlərini bildirib:
“Toplanış çərçivəsində ikinci oyunumuz idi. Bildiyiniz kimi, təcrübəli futbolçularımızın bir neçəsi təlim-məşq toplanışına gec qoşulublar. Ona görə, hələ tam formalaşa bilməmişik. Bolqarıstan komandaları bizdən fərqli olaraq, hazırlığın son mərhələsindədirlər, bizdən daha hazırlıqlıdırlar.
Bu oyunda qol epizodlarımız çox oldu, hesab daha fərqli ola bilərdi. İkinci hissədə futbolçular nə qədər səy göstərsələr də, rəqibin qapısından topu keçirə bilmədilər. Lakin futbolçularımızın bəzi səhvlərindən rəqib komanda yararlandı və qalib gəldi. Çalışacağıq ki, bu oyunda etdiyimiz səhvlərdən nəticə çıxaraq”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?