Ölkə futbolu
Rumıniyalı məşqçi: “Səbail” çətin rəqibdi”
“Səbail"in Avropa Liqasının 1-ci təsnifat mərhələsin…
“Səbail"in Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure komandasının yoxlama oyununda Macarıstan "Ferenvaroş"una 0:4 hesablı məğlubiyyətini şərh edib.
Futbolinfo.az xəbər verir ki, bundan dərs çıxarmalı olduqlarını söyləyən rumıniyalı mütəxəssis təmsilçimizlə iyulun 11-də keçirəcəkləri avrokubok oyununa da toxunub:
"Biz Macarıstan çempionuna böyük hesabla uduzduq. Amma bu məğlubiyyətdən müsbət şeylər də qazana bilərik. "Səbail"ə gəlincə, çətin rəqibdir. Düzdür, belə oyunlarda avrokubok təcrübəsi lazım olur. Ancaq əminəm ki, onlar bizə qarşı həddindən artıq motivasiyalı oynayacaqlar". (qol.az)
Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında ilk oyun iyulun 11-də Bakıda "ASCO Arena"da keçiriləcək və yerli vaxtla 20:00-da başlayacaq. Cavab görüşü isə 1 həftə sonra Rumıniyada olacaq. Həmin matç isə Bakı vaxtı ilə 21:00-da start götürəcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”