Dünya futbolu
“Səbail”dən “Çelsi”yə
"Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən İ…
"Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən İngiltərəyə qayıda bilər. Bu iddia ilə Britaniya mətbuatı çıxış edib.
Bildirilir ki, "Çelsi"nin yeni baş məşqçisi Frenk Lempard 37 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı. Ancaq gənc çalışdırıcı onu futbolçu yox, məşqçi kimi yanına aparmaq niyyətindədi. "Səbail"lə müqavilə müddəti 2019-20 mövsümünün sonuna qədər olan Qana millisinin sabiq üzvü məhz gələn ilin yayında "Çelsi"yə məşqçi təyin oluna bilər.
Bu arada, Lempardın "Çelsi"yə təyinatından sonra sabiq komanda yoldaşları sosial şəbəkə vasitəsilə onu təbrik edib. Təbrik edənlər arasında Essyen də var. O, keçmiş yarımmüdafiəçini evinə qayıtdığını görməkdən qürur duyduğunu vurğulayıb.
Qeyd edək ki, Maykl Essyen və Frenk Lempard 2005-2014-cü illərdə "Çelsi"də çiyin-çiyinə çıxış ediblər. Lempard "zadəganlar"la dünən 3 illik müqavilə imzalayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”