Dünya futbolu
Afrika Millətlər Kuboku: Misir şokda, Nigeriya 1/4 finalda
Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsin…
Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.
Öncə Nigeriya və Kamerun yığmaları qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşmada çətin qələbəyə sevinən nigeriyalılar növbəti mərhələyə vəsiqə qazanıblar.
Günün digər oyunu Misir və CAR yığmaları arasında baş tutub. Minimal hesabla qalib gələn CAR futbolçuları əsas favoritlərdən olan Misiri sıradan çıxarmaqla 1/4 finala vəsiqə əldə ediblər.
Afrika Millətlər Kuboku
1/8 final
5 iyul
Mərakeş – Benin 1:1 (penaltilər 1:4)
Qol: En-Nesiri, 76 – Adilehu, 53.
Uqanda – Seneqal 0:1
Qol: Mane, 15.
6 iyul
Nigeriya – Kamerun 3:2
Qol: İqalo, 19; 63. İvobi, 66 – Bahoken, 41. Njie, 44.
Misir – CAR 0:1
Qol: Lorç, 85.
7 iyul
20:00. Madaqaskar – Konqo
23:00. Əlcəzair – Qvineya
8 iyul
20:00. Mali – Fil Dişi Sahili
23:00. Qana – Tunis
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü