Dünya futbolu
“Udineze”dən 6,2 milyonluq transfer
İtaliyanın “Udineze” klubu heyətini yeni futbolç…
İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi braziliyalı müdafiəçi Rodriqo Bekaonu transfer edib.
Bu barədə sözügedən futbolçunun müqavilə ilə məxsus olduğu Braziliyanın “Baiya” klubu məlumat yayıb. 23 yaşlı müdafiəçinin transferi Braziliya klubuna 6,2 milyon avro qazandırıb. Üstəlik, Bekao hansısa başqa kluba satılsa, transfer məbləğinin 15 faizi də “Baiya”ya çatacaq.
“Udineze”nin də bu transferi tezliklə rəsmən açıqlaması gözlənilir.
Qeyd edək ki, Bekao geridə qalan mövsümü Rusiyanın ÇSKA (Moskva) klubunda keçirib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…