Ölkə futbolu
“Bəxtimiz gətirsəydi, “Qarabağ”a qalib gələcəkdik”
Albaniya çempionu “Partizani”nin baş məşqç…
Albaniya çempionu “Partizani”nin baş məşqçisi Franko Lerda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bəxtlərinin gətirmədiyini dilə gətirib:
"Oyunumuzdan məmnunam. Komandamız yaxşı çıxış etdi. Çox soyuqqalnlı komanda ilə matçda təhlükəli epizodlar yaratdıq. Hazırlaşdığımız kimi oynadıq. Azacıq bəxtimiz gətirsəydi, komandamız qalib gələ bilərdi. Ələ düşən fürsətlərdən yararlana bilmədik”.
Lerda iyulun 17-də Bakıda keçiriləcək cavab görüşündə müsbət nəticəyə ümid edəcəklərini vurğulayıb: "Kimə qarşı oynadığımızı yaddan çıxarmamalıyıq. Futbolda hər zaman hər şey daha yaxşı ola bilər".
Qeyd edək ki, cavab görüşü Bakıda, "Dalğa Arena"da keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?