Dünya futbolu
“Yuventus” yeni transferini təqdim etdi
İtaliya çempionu “Yuventus” yeni transferi Aaron R…
İtaliya çempionu “Yuventus” yeni transferi Aaron Remzini ictimaiyyətə təqdim edib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi Turin təmsilçisində 8 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, son 11 ildə İngiltərənin “Arsenal” klubunun şərəfini qoruyan Remzi “Yuventus”a azad agent kimi keçib. 29 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. O, Turin təmsilçisində həftəsinə 400 min funt-sterlinq qazanacaq. Bütövlükdə isə, 4 illik müqaviləyə əsasən, o, bu komandada 83 milyon funt-sterlinq gəlir əldə edəcək.
Remzi 2008-ci ildə “Kardiff Siti”dən 4.8 milyon funt-sterlinqə “Arsenal”a transfer edilmişdi.