Ölkə futbolu
“Arsenal” – “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi
Futbol üzrə Avropa Liqasının ikinci təsnifat mərhələsi &cc…
Futbol üzrə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 25-də Bakı vaxtı ilə saat 21:00-da “Arsenal” mərkəzi stadionunda keçiriləcək “Arsenal” – “Neftçi” oyunu öncəsi Bakı təmsilçisinin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Futbolinfo.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, tədbir iyulun 24-də “Arsenal” mərkəzi stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 18:30-da başlanacaq. Konfransdan sonra, saat 19:00-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.
Həmin gün saat 18:00-da “Arsenal”ın jurnalistlər üçün açıq (ilk 15 dəqiqəsi) məşqi, 20:00-da isə baş məşqçi İqor Çerevçenkonun mətbuat konfransı olacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu