Ölkə futbolu
“Qəbələ” “Dinamo” ilə oyuna doğma meydanda hazırlaşır
“Qəbələ” Avropa Liqasına hazırlığını davam etdiri…
“Qəbələ” Avropa Liqasına hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışından sonra bir neçə gün Bakıda hazırlıq keçən komanda artıq Qəbələyə yollanıb.
Sənan Qurbanovun çalışdırdığı kollektiv hazırda Tiflis “Dinamo”su ilə oyuna hazırlığı Qəbələ şəhər stadionunda davam etdirir. Komanda bu gün axşam saatlarında doğma arenada növbəti məşqə çıxıb.
Avrokubok mübarizəsinə 2-ci təsnifat mərhələsindən başlayacaq “Qəbələ”nin Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə ilk oyunu iyulun 25-də Qəbələ şəhər stadionunda baş tutacaq və saat 19:00-da başlayacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq