Dünya futbolu
Xerardo Martino Messidən üstüörtülü şəkildə narahatlığını açıqladı
"Barselona"nın baş məşqçisi Xerardo Martino "…
"Barselona"nın baş məşqçisi Xerardo Martino "Espanyol"la oyunöncəsi futbolçusu Lionel Messi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis Messinin əvvəlki formasından uzaqda olması fikri ilə razılaşmadığını bildirib:
"Messinin hər oyunda 2-3 qol vurmağına adət etmişik. Əgər o birdən çox qol vurmazsa, deməli nəsə problem var. "Selta Viqo" ilə matçda əla oynadı. Onunla tez-tez söhbətim olur. Messinin nə qədər güclü biri olduğunu hər dəfə hiss edirəm. Ancaq Messinin də müəyyən qədər dincəlməsi lazımdı. Onun əvvəlki formasından uzaq olduğunu düşünmürəm. Qarşıdakı oyunlarda özünü ən yaxşı tərəfdən göstərəcəyinə əminəm".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub