Dünya futbolu
Qazzayevi məyus edən nəticə
Rusiya futbolunun tanınmış simalarından olan Valeri Qazzayev Avrop…
Rusiya futbolunun tanınmış simalarından olan Valeri Qazzayev Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ının "Neftçi" ilə oyunları barədə danışıb. Mütəxəssis "Arsenal"ın çıxışını məyusedici adlandırıb: "Bu komandanın çıxışı çox məyusedici oldu. Fikrimcə, "Arsenal"ın məğlubiyyətinin əsas səbəbi komandanın transfer bazarında fəal olmamasıdı. Təəssüf ki, son illərdə Avropada oxşar nəticələr normaya çevrilir. "Arsenal"ın uduzması beynəlxalq səviyyədə rəqabətə davamlı olmayan futbolumuzun vəziyyətini müəyyən dərəcədə əks etdirir".
Qeyd edək ki, "Neftçi" "Arsenal"la səfər görüşündə 1:0, öz meydanında isə 3:0 hesablı qələbə qazanıb.