Dünya futbolu
“Mançester Siti” “Liverpul” üzərində qələbə ilə Super Kubok qazandı
Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənl?…
Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Mançester Siti” ilə kubokun qalibi “Liverpul” üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol olmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “şəhərlilər” Super Kubokun qalibi olub.
“Mançester Siti” tarixində 6-cı dəfə İngiltərə Super Kubokunu qazanıb. Sözügedən klub 1937, 1968, 1972, 2012 və 2018-ci illərdə də oxşar uğura imza atıb.
İngiltərə Super Kuboku
4 avqust
Liverpul – Mançester Siti 1:1 (penaltilər – 4:5)
Qol: Matip, 77 – Sterlinq, 12.