Dünya futbolu
Kamran Quliyev oynadı, komandası uduzdu
Futbol üzrə Litva 1-ci liqasında 18-ci turun oyunları ke&ccedi…
Futbol üzrə Litva 1-ci liqasında 18-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Vilnüs”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 6 qol vurmuş gənclərdən ibarət millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
“Jonava” 18 oyuna topladığı 30 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?