Dünya futbolu
“Səbail”i Avropa Liqasından kənarlaşdıran klub cəzalandırıldı
UEFA Rumıniyanın “Universitatya Krayova” klubunu cəzala…
UEFA Rumıniyanın “Universitatya Krayova” klubunu cəzalandırıb.
Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb, “Universitatya Krayova” klubunun Avropa Liqasının 2-ci təsnifat mərhələsinin Macarıstan “Honved”i ilə keçirdiyi (0:0) ev oyununda azarkeşlərinin priotexniki vasitələrdən istifadə etməsi, irqçi davranışları olub.
UEFA Rumıniya təmsilçisinə növbəti 2 ev oyununda azarkeşsiz oynama cəzası verib.
“Universitatya Krayova” klubu Avroliqanın 1-ci təsnifat mərhələsində “Səbail”i mübarizədən kənarlaşdırıb.