Ölkə futbolu
Ramin Musayev: “Futbolçulara düzgün nümunə olmaq lazımdı”
Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbayca…
Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan 1-ci divizionunun 2019/20 mövsümünün püşkatma mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, jurnalistlər, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hamını salamlayan və növbəti mövsümdə komandalara uğurlar arzu edən PFL prezidenti Musayev 1-ci divizion barəsində fikirlərini bölüşüb:
“Təəssüf ki, ötən il də bəzi oyunlar ətrafında mənfi söhbətlər dolaşdı. Hətta hadisələrdən heç bir məlumatı olmayan komandaların adı da olaylar ətrafında hallandı. Mən hamınızdan xahiş və tələb edirəm, idman prinsipinə sadiq qalaq, yaradılmış şəraitdən normal istifadə edək. Atılan neqativ addımlar gənc futbolçulara təsir edir. Futbolçulara düzgün nümunə olmaq lazımdı. Çalışın, yeni futbolçular yetişdirin. Bizim çempionatı keçirmək səbəblərimizdən biri də milli komandaya futbolçu yetişdirməkdi. İl ərzində hər komanda milli üçün heç olmasa 1 futbolçu yetişdirə bilsə, bu, mövsümün sonunda yığma üçün 12-13 yeni futbolçu deməkdi.”
Qeyd edək ki, 1-ci divizionda ilk turun oyunları 22-23 avqustda baş tutacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq