Dünya futbolu
“Mançester Siti”də yeni qapıçı
İngiltərənin “Mançester Siti” klubu heyətini ye…
İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi İngiltərədə transfer pəncərəsinin son günü “Derbi Kaunti”də çıxış edən qapıçı Skott Karsonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı ingilis qolkiper 1 illik icarəyə götürülüb.
2015-ci ildən “Derbi Kaunti”də forma geyinən Karson, geridə qalan mövsümdə bu komandada 33 oyun keçirib.
“Lids”in yetirməsi olan təcrübəli qolkiper karyerası ərzində “Liverpul”, “Şeffild Uensdey”, “Çarlton”, “Aston Villa”, “Vest Bromviç”, “Bursaspor” və “Viqan” kimi klublarda da forma geyinib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç