Ölkə futbolu
“Keşlə”də müqavilə oyunu: Yovanoviç buna görə qaçıb
“Keşlə”nin yeni futbolçusu Lorenso Frutosla bağl…
“Keşlə”nin yeni futbolçusu Lorenso Frutosla bağlı problem yaranıb. Paraqvaylı hücumçu müqavilə imzalanıb, lakin o, anlaşmasında yazılan böyük rəqəmi görməyəcək.
Futbolinfo.az xəbər verir ki, legionerin aylıq 13 min dollar maaş alacağı müqavilədə əksini tapıb. Lakin Frutos bu məbləğn böyük hissəsini görməyəcək. Ona 8 min dollar veriləcək, pulun qalanı isə müxtəlif şəxslər aeasında bölüşdürüləcək. Menecerlər, klub rəhbərliyindəki bir qrup şəxs dəyəri daha az olan paraqvaylı ilə bu barədə razılaşıb. Beləlikə, büdcədən silinən pul kimlərinsə cibinə gedəcək.
Əldə etdiyimiz məlumata görə, Bakıya gələn, amma razılaşdırdığı müqaviləyə imza atmadan Yunanıstana qaçan İqor Yovanoviçlə bağlı da eyni problem olub. Xorvat müdafiəçi müqaviləsində göstərilən məbləğin bir hissəsinin ona çatmayacağını anladıqdan sonra “Keşlə”də qalmamağı üstün tutub.
5 milyon manatdan artıq büdcəsi olan “Keşlə”nin ötən mövsüm nəyə görə sonuncu olmasının səbəbləri indi aydın olur. Maliyyə vəziyyətinə görə çempionat iştirakçıları arasında 4-cü olan komanda yekunda 8-ci yeri tutdu. Məhz bu cür maliyyə fırıldaqlarına görə il ərzində 20-yə yaxın əcnəbi komandanın iştirak ərizəsinə düşdü, onların hamısından müəyyən faiz tutuldu və beləcə büdcə dağıdıldı.
İndi yenə eyni yol tutulub. Franko Flores, Stanislav Namaşko, Miyuşko Bojoviç və Sezar Meza Kolli də oxşar şərtlərlə anlaşma imzalayıb.
P.S.: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç