Dünya futbolu
“Qarabağ”ın potensial rəqibindən 5 cavabsız qol
Futbol üzrə Hollandiya çempionatında 2-ci turun oyunlar?…
Futbol üzrə Hollandiya çempionatında 2-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən biri olan “Ayaks” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Emmen”lə qarşılaşıb. Paytaxt təmsilçisi bu görüşdə 5 cavabsız qolla qalib gəlib – 5:0.
Bu qələbə sayəsində xal ehtiyatını 4-ə çatdıran “Ayaks” 18 iştirakçı arasında 1-ci pilləyə yüksəlib.
Xatırladaq ki, "Qarabağ" 3-cü təsnifat mərhələsindəki rəqibi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da PAOK – "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”