Dünya futbolu
Millimizin üzvü İspaniyada klubunu dəyişir
Futbol üzrə Azərbaycan millisinin üzvü Eddi İsrafilo…
Futbol üzrə Azərbaycan millisinin üzvü Eddi İsrafilov formasını geyindiyi “Alkorkon” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi yeni mövsümdən digər Sequnda təmsilçisi “Albasete” klubunda çıxış etməyə yaxındı. Artıq millimizin üzvü sözügedən klubla böyük ölçüdə razılığa gəlib. İsrafilovun transferinin yaxın zamanda rəsmən açıqlanması gözlənilir.
“Mursiya”nın yetirməsi olan Eddi, müəyyən vaxtlarda “Kadis”, “Eybar”, “Qranada”, “Kordoba” kimi klublarda forma geyinib. O, Azərbaycan millisində 10 oyuna çıxıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…