Ölkə futbolu
“Öncədən hər şeyi görürsüz, sizi alqışlamaq lazımdı”
“Qarabağ"ın futbolçusu Markos Madera Migel Ç…
“Qarabağ"ın futbolçusu Markos Madera Migel Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi 0:2 hesablı məğlubiyyətə aydınlıq gətirib.
– “Qarabağ” bu gün niyə uduzdu?
– Futboldu, bəzən alınmır. Hərdən gözlənilməz şəkildə uduza və ya qalib gələ bilərsən. İrəli baxmaq lazımdı.
– Komandada arxayınlıq var idi?
– Niyə gözlənilməz qələbə olsun ki? İlk oyunda biz, bu dəfə onlar qalib gəldi. Oyuna köklənmişdik. Alınmadı, nə edək?
– “Qarabağ” baxımlı futbol oynayan komandadı. Bu gün onu görmədik. Meydanda istədiyinizi niyə edə bilmirdiniz?
– Razıyam ki, istədiyimiz alınmadı. 3-4 qol şansımız oldu, onlardan yararlansaydıq, fərqli olacaqdı. Hətta “Barselona” və “Real”ın da uğursuz günləri olub. “Qarabağ” hər matçı yaxşı keçirmək məcburiyyətində deyil.
– APOEL-dəki baş məşqçi dəyişikliyi oyuna təsir etdi?
– Bizim qol vəziyyətlərimiz oldu, alınmadı, top qapıya girmədi. Penaltidən fərqləndilər. İkinci hissədə də bir zərbəyə bir qol buraxdıq. Yenə deyirəm, futboldur, dramatikləşdirməyə dəyməz.
– İlk oyundakı nəticəni gözlənilməz, bu nəticəni isə gözlənilən adlandırmaq olar? Kənardan belə görünürdü.
– Öncədən hər şeyi görürsünüz, sizi alqışlamaq lazımdı. Təkrar edirəm ki, bizdə alınmadı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir