Dünya futbolu
Neymar üçün növbəti cəhd
“Barselona” sabiq futbolçusu Neymarı geri qaytarma…
“Barselona” sabiq futbolçusu Neymarı geri qaytarmaq üçün PSJ-yə yeni təklif göndərib. Kataloniyalılar 27 yaşlı braziliyalı hücumçunun əvəzinə fransızlara Filppe Koutinyo, İvan Rakitiç və 40 milyon avro verməyə hazırdır.
PSJ bir müddət əvvəl Neymarın qarşılığında “Barselona”dan Nelson Semedu, Filppe Koutinyo və 50 milyon avro istəyib. Lakin qarşı tərəf Semedunu vermək istəmədiyi üçün yeni təklif irəli sürüb.
Paris klubunda illik maaşı 37 milyon avro olan "sambaçı" Kataloniya klubunda 23 milyon avro almağa razıdı.
Neymar iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə – 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.