Ölkə futbolu
“Qəbələ”də 3 itki – ikisi legionerdi
"Qəbələ" Azərbaycan Premyer Liqasının I turunda "…
"Qəbələ" Azərbaycan Premyer Liqasının I turunda "Sumqayıt"la keçirəcəkləri ev oyununa itkilərlə çıxacaq. Bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.
39 yaşlı mütəxəssis bildirib ki, əyalət təmsilçisinin heyətinə yeni qatdığı hücumçu Kristian Kouakou və sol cinah müdafiəçisi Yusif Nəbiyevin sözügedən qarşılaşmada zədə səbəbindən iştirak etməyəcəyi dəqiqləşib. Qurbanov digər zədəli hücumçular – Ülvi İsgəndərov və Davit Volkovun durumuna isə oyun günü aydınlıq gələcəyini söyləyib.
Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanda "Dinamo" ilə cavab matçında (0:3) zədələnən müdafiəçi İvitsa Juniç isə təxminən 2 aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, avqustun 17-də saat 1Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü