Dünya futbolu
38 yaşlı Adurizdən "Barselona"ya şok – VİDEO
İspaniya La Liqasında yeni mövsümə start verilib. A&ccedi…
İspaniya La Liqasında yeni mövsümə start verilib. Açılış oyununda son çempion "Barselona" "Atletik"in qonağı olub.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bilbao təmsilçisinin qolunu 89-cu dəqiqədə Artis Aduriz vurub. Cəmi bir neçə dəqiqə öncə meydana çıxan 38 yaşlı forvard akrobatik zərbə ilə rəqib qapısına yol tapıb.
Bununla katalonlar 11 ildən sonra ilk dəfə mövsümə məğlubiyyətlə başlayıb.