Ölkə futbolu
Zubir Fransaya qayıtmaq istəyir
"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir …
"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Fransaya dönmək üzrədi. Bu iddia ilə Fransa mətbuatı çıxış edib.
Yerli KİV-in iddiasına görə, Mərakeş əsilli futbolçu artıq "Genqam"ın təklifini müsbət dəyərləndirib. Həmkarlarımız hazırda Azərbaycanda olan Liqa2 təmsilçisinin prezidenti Bertrand Desplat və klub rəsmisi Stefan Kornonun transferi tamamlamağa yaxın olduğunu vurğulayıb: "Ötən il azarkeşlərlə problem yaşadığı üçün "Lans"ı "Qarabağ"a dəyişən Zubir komandasının Çempionlar Liqasından kənarda qalmasından sonra Fransaya dönməyin əleyhinə deyil".
Lakin "Genqam" rəhbərliyi transfer üçün "Qarabağ"la da ortaq məxrəcə gəlməlidi. Çünki 28 yaşlı vingerin Azərbaycan çempionu ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq