Dünya futbolu
Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…
İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsind…
İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilən “Çelsi” – “Lester” oyununa əvvəlcədən təyinat alan hakim Qraham Skott tıxacda qalaraq gecikib və təyinatını yerinə yetirə bilməyib.
Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Stemford Bric”də keçirilən qarşılaşmanı 4-cü hakim Oliver Lanqford idarə edib.
Qraham Skott Londonda yolda zəncirvari qəza baş verdiyi üçün tıxaca düşüb. Oyunun başlamasına 10 dəqiqə qalmış stadiona çatan Qrahamın görüşü idarə etməsinə icazə verilməyib.
Oyunu idarə edən Oliver Lanqford isə hakimlik karyerasında ilk dəfə Premyer Liqada baş hakim olub.
“Çelsi” – “Lester” matçı 1:1 hesabıyla bitib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”