Milli komanda
Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”
Avqustun 15-dən Bakıda təlim-məşq toplanışında olan futzal &uu…
Avqustun 15-dən Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası hazırlığını plan üzrə davam etdirir.
Futbolinfo.az xəbər verir ki, milli komandanın baş məşqçisi Joze Alesio da Silva Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.
Braziliyalı mütəxəssis, yoxlama oyunundakı rəqibin güclü olduğunu, görüşlərin çətin keçəcəyini vurğulayıb:
“Həqiqətən də, çətin oyunlar olacaq. Mövsüm hələ başlamayıb, oyunçular məşqlərə bir müddət əvvəl start verib. Belarus istənilən komanda üçün çətin rəqibdir. Bu iki oyun bizim üçün dünya çempionatının seçmə oyunlarına hazırlıq baxımından vacibdi. Düzdü, sentyabrda daha bir toplanışımız olacaq və daha güclü rəqiblərlə birgə turnirdə iştirak edəcəyik. Ona qədər bu iki oyundan maksimum istifadə etməliyik”.
Avqustun 24-dək Bakıda hazırlaşacaq milli komanda ertəsi gün Minskə yola düşəcək. Belarusla oyunlar isə avqustun 26-da və 28-də keçiriləcək. İlk matç Belarusun paytaxtı Minskdə, digər qarşılaşma isə Borisov şəhərində olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”