I Liqa
“Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 1-ci tura yekun vur…
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 1-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə də üç görüş baş tutub.
“Sabah”ın əvəzediciləri səfərdə “Zaqatala”ya minimal hesabla qalib gəlib.
Yeddi qolun qeydə alındığı “Zirə-2” – “Ağsu” matçında da qonaqlar sevinən tərəf olub.
“Turan Tovuz” isə “Səbail”in əvəzediciləri ilə dueldən qalib ayrılıb.
Birinci Divizion
1-ci tur
23 avqust
“Zaqatala” – “Sabah-2” 0:1
Qol: Reza Biqdelo, 70.
“Zirə-2” – “Ağsu” 3:4
Qol: Seyxan Fərəcov, 21; Tacir Əlizadə, 61; Tapdıq Əhmədov, 66 – Qalib Əmrahov, 10; Ceyhun Rəcəbli, 11; Ramil Əliyev, 55; Malik Babayev, 90.
“Səbail-2” – “Turan Tovuz” 1:2
Qol: Bahadur Həziyev, 69 – Murad Hüseynov, 44; Elvin İsmayılov, 73.
Turun ötən gün baş tutan oyunlarında bu nəticələr qeydə alınmışdı: “Qaradağ Lökbatan” – “Sumqayıt-2” 0:2. “Neftçi-2” – “Keşlə-2” 1:1. “Kəpəz” – MOİK 2:2.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub