Ölkə futbolu
UEFA “Qarabağ”ı cərimələdi
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ&rdqu…
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.
Futbolinfo.az xəbər verir ki, buna Ağdam təmsilçisinin iyulun 31-də “Dalğa Arena”da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın “Dandalk” klubunu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlər səbəb olub.
Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə “Qarabağ”a 20 min avro (38 min manat) məbləğində cərimə verib (Report).
Hazırda mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” pley-off mərhələsinin ilk oyununda “Linfild”ə (Şimali İrlandiya) 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da keçiriləcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı