Dünya futbolu
Kuaresma “Beşiktaş”ı digər Super Liqa klubuna dəyişdi
Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbol…
Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa klubu elitanın digər təmsilçisi “Beşiktaş”dan Rikardo Kuaresmanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı portuqaliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Karyerasına ölkəsinin “Sportinq” klubunda başlayan təcrübəli futbolçu “Barselona”, “Portu”, “İnter” və “Çelsi”də də oynayıb. O, “Beşiktaş”a iki fərqli dönəmdə gəlib və bütövlükdə 8 mövsüm İstanbul təmsilçisinin uğurları üçün çalışıb. Portuqaliyalı ulduz “qara qartallar”la çıxdığı 154 Super Liqa matçında 21 qol vurub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?