Ölkə futbolu
Dəqiqləşdi: Gerye “Neftçi” ilə anlaşdı
Donald Geryeni artıq “Neftçi”nin oyunçusu s…
Donald Geryeni artıq “Neftçi”nin oyunçusu saymaq olar. Klubun təkziblərinə, haitilinin başqa varanyları olması haqda xəbərlərə inanmayın. Sol cinah müdafiəçisi yaxın 2-3 gün ərzində “ağ-qara” geyimdə təqdim olunacaq.
Gerye hələ “Qarabağ”da oynadığı vaxtlar Bakı klubuyla danışıq aparırdı. Daha doğrusu, özü özünü bir neçə dəfə “Neftçi”yə təklif edib. Yüksək maaş istəməsi səbəbindən anlaşma baş tutmurdu. İndi isə onun ölkəmizə qayıtması üçün əngəl yoxdu.
Bu yay “Qarabağ”dan ayrıldıqdan sonra özünə daha yaxşı şərtlərlə yeni iş yeri tapa bilməməsi Geryenin inadını qırıb. O, növbəti dəfə “Neftçi”ylə təmasa keçib və anlaşma əldə olunub. İlinə 350 min dollar istəyən futbolçu təqribən bunun yarısına Bakı klubunda oynamağa razılıq verib. Həmyerlisi Soni Mustivarla birgə oynayacaq Donald ikiillik müqavilə bağlayacaq.
Gerye sabah Bakıya gəlməlidi. Hazırda viza və s. sənədləşə işləri yoluna qoyulur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”