Dünya futbolu
“Qarabağ”ın rəqibi yeni hücumçu aldı
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki r…
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sevilya” hücum xəttini gücləndirib.
Futbolinfo.az saytı xəbər verir ki, La Liqa klubu İngiltərə təmsilçisi "Vest Hem"in forvardı Xavyer Ernandesi heyətinə qatıb.
Meksika millisinin hücumçusu artıq Sevilyaya yollanıb. 31 yaşlı Çiçarito bu gün tibbi müayinədən keçəcək və ardından yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. Bu transfer Premyer Liqa təmsilçisinə 9 milyon avro qazandıracaq.
Qeyd edək ki, "Sevilya" Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda "Qarabağ"a qarşı keçirəcək.