Dünya futbolu
Milan Ante Rebiçi alıb, Andre Silvanı göndərdi
İtaliyanın “Milan” klubu Avropada transfer pəncərəsin…
İtaliyanın “Milan” klubu Avropada transfer pəncərəsinin son günü heyətinə daha bir futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Ante Rebiçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı xorvatiyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Xorvatiyanın “Split” klubunun yetirməsi olan Rebiç, əvvəllər də İtaliyada çıxış edib. O, 2013-cü ildə “Fiorentina”ya transfer olunub. Lakin Florensiya klubunda elə də çox forma şansı qazanmadığı üçün müxtəlif vaxtlarda “Leyptsiq”, “Verona” və “Ayntraxt”a icarəyə verilib. Frankfurt təmsilçisi 2018-ci ildə Antenin transfer hüquqlarını da alıb.
“Milan” Rebiçin transferi qarşılığında öz futbolçusu Andre Silvanı 2 illiyə “Ayntraxt”a icarəyə verib. 23 yaşlı portuqaliyalı hücumçu Frankfurt təmsilçisində 2021-ci ilin yayına kimi çıxış edəcək.
Portuqaliya yığmasının da üzvü olan Silva, “Milan”a 2017-ci ildə “Portu”dan gəlib. O, geridə qalan mövsümü İspaniyanın “Sevilya” klubunda keçirib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?