Dünya futbolu
“Sportinq” baş məşqçisini qovdu
Portuqaliyanın “Sportinq” klubu baş məşqçisi Ma…
Portuqaliyanın “Sportinq” klubu baş məşqçisi Marsel Keyzeri istefaya göndərib.
Futbolinfo.az xəbər verir ki, Lissabon təmsilçisi bu barədə rəsmi sayı vasitəsilə məlumat yayıb.
İstefaya komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub. Portuqaliya çempionatında keçirdiyi 4 oyuna 7 xal toplayan komanda 5-ci sırada qərarlaşıb. Lissabonluların son turda doğma meydanda “Rio Ave”yə məğlubiyyəti Keyzerin sonunu gətirib.
“Sportinq”in baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın çalışdırıcısı Leonel Ponteşə həvalə olunub.
Keyzer “Sportinq”i 2018-ci ilin noyabr ayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda son mövsümdə Portuqaliya Kubokunun və Liqa Kubokunun qalibi olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?