Dünya futbolu
AÇ-2020: 4:0, 5:0, 6:0
AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turuna start ver…
AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turuna start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib.
J qrupunda İtaliya millisi Ermənistanla səfər oyunundan əzmkar qələbə ilə ayrılıb. Yunanıstan yığması isə Finlandiya səfərində minimal hesabla uduzub. Azərbaycan millisinin keçmiş baş məşqçisi Roberto Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina Lixtenşteynlə ev oyununda 5 cavabsız qola sevinib.
F qrupunda İspaniya Rumıniyanı sınağa çəkib və çətinliklə də olsa, qələbə qazanıb. Norveç isə Maltanı 2 cavabsız qolla üstələyib.
Azərbaycan millisinin yer aldığı E qrupunun oyunları sentyabrın 6-da keçiriləcək. Azərbaycan yığması 5-ci turda səfərdə Uelslə qarşılaşacaq. Xorvatiya isə Slovakiyanın qonağı olacaq.
AÇ-2020-nin seçmə mərhələsi
5 sentyabr
J qrupu
Ermənistan – İtaliya 1:3
Qol: Karapetyan, 11 – Belotti, 28; 80. Pelleqrini, 77.
Bosniya və Herseqovina – Lixtenşteyn 5:0
Qol: Qoyak, 11; 89. Dulyeviç, 80. Dzeko, 85. Vişça, 88.
Finlandiya – Yunanıstan 1:0
Qol: Pukki, 52-pen.
F qrupu
Rumıniya – İspaniya 1:2
Qol: Andone, 59 – Ramos, 29-pen. Alkaser, 47.
Norveç – Malta 2:0
Qol: Berqe, 34. Kinq, 45+1-pen.
Farer adaları – İsveç 0:4
Qol: İsak, 12; 15. Lindelöf, 23. Kayson, 41.
D qrupu
Cəbəllütariq – Danimarka 0:6
Qol: Skov, 6. Eriksen, 34-pen; 50-pen. Delaney, 69. Qyutkyer, 73; 79.
İrlandiya – İsveçrə 1:1
Qol: Makqoldrik, 85 – Şaf, 74.
G qrupu
İsrail – Şimali Makedoniya 1:1
Qol: Zahavi, 55 – Ademi, 64.