Bizi izləyin

Digər idman növləri

75-ci çempionat başlayır

blank
blank

Formula 1 həvəskarlarının həsrətlə gözlədiyi an yetişir. 3 aylıq fasilədən sonra yeni çempionat start götürür. Dünyanın ən bahalı idman növü 75-ci mövsümünə başlayır.

1950-ci ildə ilk dəfə keçirilən sürət yarışı bu il 24 mərhələdən ibarət olacaq. Bu vaxta qədər heç bir çempionatda bu qədər qran-pri olmayıb. Mövsüm bir ərəb ölkəsi Bəhreyndə başlayıb, digərində – Birləşmiş Ərəb Əmirliklərində yekunlaşacaq.

Bu ilin ötən illərdən fərqi çempionatın cümə axşamı başlamasıdır. İlk iki mərhələnin təqvimində dəyişiklik edilib. Sərbəst yürüşlər ənənəvi olaraq cümə günü deyil, cümə axşamından başlanacaq. Yarış isə bazar günü yox, şənbə günü olmalıdır. Bunun səbəbi ilk iki yarışın müsəlman ölkəsində olması və martın 11-də Ramazan ayının başlamasıdır. Beləliklə , həm Bəhreyndə, həm də növbəti qran-prinin məkanı Səudiyyə Ərəbistanında əsas yarış şənbə günü keçiriləcək.

Təqvimdə belə bir qrafik Las-Veqasda da olmalıdır. Sözsüz ki, oradakı dəyişikliyin dinlə əlaqəsi yoxdur. Las-Veqasdakı yarış gecə olduğunudan, bu,  dünyanın əksər yerləri üçün bazar ertəsi deməkdir. Məhz bu səbəbdən də orada da start cümə axşamı veriləcək.

Keçən il təbii fəlakət nəticəsində təxirə salınan Emiliya-Romanya qran-prisi bu il baş tutmalıdır. Pandemiya başladıqdan Formula 1-ə həsrət qalan Çində nəhayət ki, mərhələ keçiriləcək (Əlbəttə ki, əgər çinlilər, nəsə yeni bir şey uydurmasalar).

Keçən illə müqayisədə komandaların heyətində dəyişiklik yoxdur. Mövsümü başa çatdıran bütün pilotlar yeni çempionata start verəcəklər. Qışda ən vacib hadisə Lyuis Həmiltonun gələn il “Ferrari”yə keçmə xəbəri olub. Belə olduğuna görə, sürücü bazarında əsas hadisə və yerdəyişmələr yayın sonunda reallaşmalıdır.

Komandaların hansı vəziyyətdə olduğunu cümə günü baş tutacaq təsnifat mərhələsi göstərməlidir. Lakin keçən həftə baş tutan testlər bir çox sualı cavablandıra bilib.

Gözlənildiyi kimi , keçən ilin çempionu “Red Bull”un üstünlüyü yenə də yetərincədir. RB20-nin testlərdəki performansı Avstriya komandasının çempionluğuna olan kiçik şübhələri də aradan qaldırıb. “Red Bull”un digər komandalardan nə qədər üstün olduğunu ən yaxşı Fernando Alonso ifadə edib. “Pelotonda olan 19 nəfər bilir ki, çempion olmayacaq”, – deyə bu sözlərlə ispan pilot Maks Ferstappenin 4-cü dəfə çempion olacağına əminliyini əvvəlcədən bildirib.

Komandada çıxış edən pilotların hər ikisi bolidin idarə edilməsindən razıdır. Həm Ferstappen, həm də Peres maşında inkişaf olduğunu qeyd edir. Yeganə problem yarada biləcək məqam, komandanın icraçı direktoru Kristian Hornerlə bağlı məlum hadisələrdir.

Bir çox ekspertin fikrincə “Red Bull”a ən yaxın komanda “Ferrari”dir. Maranellodan olan mühəndislərin əsas məqsədi bolidin idarə edilməsini təkmilləşdirmək idi. Çox güman ki, onlar buna nail ola biliblər. Ən azından piltolar artıq bundan şikayət etmir. “Cordan” komandasının keçmiş texniki direktoru, Formula 1-in ən nüfuzlu ekspertlərindən biri Qari Anderson, “Red Bull” ilə “Ferrari” arasındakı mübarizənin gərgin olacağını qeyd edib. Onun fikrincə, testlərdə İtaliya komandası tam potensialını göstərməyib. Bu isə daha çox azarkeşləri sevindirir. Keçən ilin darıxdırıcı çempionatından sonra fanatlar daha bir il cansıxıcı yarışlar izləmək istəmirlər.

blank

Ekspertlərin əksəriyyəti 3-cü yerə “Mersedes”i qoyur. Almanlar köhnə şassidən birdəfəlik qurtulublar. Bu mövsüm üçün tam yeni şassi hazırlanıb. Ön antiqanadın qollarının qeyri-adi forması digər komandaların etirazına səbəb olub. Lakin FİA hər şeyin qaydalar çərçivəsində olduğunu bildirib. Maşın həqiqətən də yaxşı görünür. Lakin sürətinin necə olduğunu hələ bilmək mümkün deyil. Ardıcıl dövrələr zamanı “Mersedes” “Ferrari”yə yarım saniyəyə yaxın uduzur. Bu isə yaxşı göstərici demək deyil. Məhz bu səbəbdən də, hələlik “Mersedes” müəmma olaraq qalır.

Əsas məsələlərdən biri, il ərzində Lyuis Həmiltona əvəz tapmaqdır. Yeddiqat dünya çempionunun gedişindən sonra boşalacaq yerə namizədlər çoxdur. Lakin onlar arasında iki nəfər əsas favorit olaraq göstərilir. Birincisi , ikiqat dünya çempionu Fernando Alonsodur. Yaşının çox olmasına baxmayaraq, ispan pilot tibbi testlərdə hamıdan yaxşı göstəricilərə malik olub. Digər namizəd isə Andrea Antonellidir. Ekspertlər onu Maks Ferstappendən sonra peyda olan ən istedadlı pilot hesab edirlər.

blank

Ötən ilin ikinci yarısında böyük sıçrayış edən “Maklaren”dən çox şey gözlənilirdi. Lakin komandada inkişaf əhəmiyyətli dərəcədə deyil. Buna görə də “Maklaren”i ilk 3 komanda sırasına qatmaq olmur. Təqdimat mərasimində komandanın rəhbəri Andrea Stella da planlaşdırdıqlarının hamısını realllaşdıra bilmədiyini qeyd edib.

Keçən ilin startının əsas sürprizi “Aston Martin” olmuşdu. Lourens Strollun komandası ortabab komandadan “Red Bull”un əsas təqibçisinə çevrilmişdi. Mövsümün ortalarına yaxın komandada tənəzzül olsa da, “Aston Martin” ilk 5 yerdən birini tuta bildi. Bəhreyndəki testlərdə maşın fövqəl sürət göstərməyib. Lakin etibarlılıq və dözümlülk yüksək səviyyədə olub. Bəzilərinin fikrincə, komanda əsl sürətini gizlədib. Həmçinin bu şassinin yeniliklər üçün daha açıq olduğu dilə gətirilib.

Pelotonun ikinci hissəsində ən böyük inkişafa RB komandası nail olub. “Alfa Tauri” adını dəyişən komanda autsayderlər zonasının ən güclüsdür. Komanda güclülərlə də mübarizə aparma qabiliyyətinə malikdir. Heyətdə Rikkardo kimi bir sürücünün olması şansları bir qədər də artırır.

Deyilənlərə görə, RB-nin güclənməsində “Red Bull”un da rolu var. Əsas komanda öz filialına müəyyən aspektlərdə yardım edib.

blank

Testlərdə özünü yaxşı tərəfdən göstərən digər komanda “Kik-Zauber”dir. Komandanın texniki direktoru Ceyms Kinin sözlərinə görə, keçən ilin maşından əsər-əlamət qalmayıb. Yeni bolid testlərdə daha sabit olub.

“Haas” komandasının keçən il əsas problemlərindən biri təkərlərin tez yeyilməsi idi. Təsnifatda Hülkenberq və Maqnussen yaxşı nəticələr göstərərək final sessiyasına da keçirdilər. Lakin yarış zamanı təkərlər yüksək yer tutmağa imkan vermirdi. Qış fasiləsi zamanı ən xoş xəbərlərdən biri, məhz bu problemin aradan qalxması olub. Bolid artıq əvvəlki kimi təkərləri tez yemir. Bu isə irəliləyiş deməkdir.

Testlərdə ən az məsafə qət edən komanda “Vilyams” olub. 300 dövrə qət etməyən yeganə komanda kimi “Vilyams”da inkişaf görünmür. Çox güman ki, potensial keçən ilin səviyyəsindədir. Komandanın əsas məqsədi sonuncu olmamaqdır.

“Vilyams”ın aqibəti son illər bəlli olduğu halda, komandadan gözləntilər də çox olmur. “Alpin” də isə vəziyyət fərqlidir. İddiası çox olan Fransa komandası irəliyə deyil, geriyə getməklə məşğuldur. Çempionluq ambisiyasına malik komanda sondan birinci olmağa çox yaxındır. Almaniyanın “Auto Motor und Sport” nəşrinin yazdığına görə, yeni maşın komandada çalışanların özlərini də məyus edib. Zəif aerodinamika və artıq çəki yeni bolidin əsas qüsurlarından hesab edilir. Məlumata görə, ilk yarışlarda problemlər ciddi olaraq qalsa, yeni istefalar baş verəcək. Bu isə “Alpin”in son illərdə bacardığı ən yaxşı işdir.

blank

2024-cü ilin təqvimi

2 Mart.  Bəhreyn

9 mart.  Səudiyyə Ərəbistanı

24 mart.  Avstraliya

7 aprel. Yaponiya

21 aprel. Çin

5 may. Amerika Birləşmiş Ştatları, Mayami

19 may. İtaliya, Emilia-Romagna

26 may. Monako

9 iyun.  Kanada

23 iyun. İspaniya

30 iyun. Avstriya

7 iyul. Böyük Britaniya

21 iyul. Macarıstan

28 iyul. Belçika

25 avqust. Niderland

1 sentyabr. İtaliya, Monza

 15 sentyabr. Azərbaycan

22 sentyabr.  Sinqapur

20 oktyabr. Amerika Birləşmiş Ştatları, Ostin

27 oktyabr. Meksika

3 Noyabr. Braziliya

23 noyabr. Amerika Birləşmiş Ştatları, Las-Veqas

1 dekabr. Qətər

8 dekabr. Birləşmiş Ərəb Əmirlikləri

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Ölkə futbolu2024-04-15 12:59

Azərbaycanın ev sahibi olacağı mötəbər tədbir bu stadionda keçiriləcək

blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm