Dünya futbolu
Simeone Del Boskeni geridə qoydu
“Atletiko” Çempionlar Liqasının qrup mərhələsi…
“Atletiko” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Moskva “Lokomotiv”ini məğlub edib – 2:0.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Belə ki, argentinalı mütəxəssis “Atletiko” ilə ÇL-də 35-ci qələbəsini qazanıb. O, bununla da, İspaniya komandaları ilə ÇL-də ən çox qələbə qazanan baş məşqçi ünvanını əldə edib.
Simeonedən əvvəl bu rekord Visente del Boskeyə aid idi. O, “Real”la ÇL-də 34 qələbə qazanmışdı.
Simeone ümumilikdə Çempionlar Liqasında bir komanda ilə ən çox qələbə qazanan baş məşqçilər sıralamısanda 6-cı yerdədir. Siyahının ilk pilləsində “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusondur. O, “qırmızı şeytanlar”la ÇL-də 102 qələbə qazanıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd