Dünya futbolu
Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi
Futbol üzrə İngiltərə Liqa Kubokunda qrup mərhələsinin iki…
Futbol üzrə İngiltərə Liqa Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv bu dəfə doğma meydanda London “Arsenal”ının U-21 komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Taşdemir də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
“Piterboro Yunayted”in yer aldığı H qrupunda “Northempton”la “Kembric Yunayted” də qərarlaşıb. Futbolçumuzun komandası ilk turda “Northempton”u səfərdə 2:0 yenmişdi. Sözügedən kollektiv hazırda 6 xalla liderdi.