Dünya futbolu
“Barselona”dan “İnter” üzərində əzmkar qələbə
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsin…
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə də 8 qarşılaşma keçirilib.
Turnirin son qalibi “Liverpul” doğma arenasında “Zalsburq”u qəbul edib. Bol qollu qarşılaşma son çempionun qələbəsiylə başa çatıb. Qrupun digər matçında ilk turda “Liverpul”a qalib gəlmiş “Napoli” səfərdə “Genk”lə heç-heçəyə razılaşıb.
Günün ən diqqətçəkən oyununda “Barselona” “İnter”lə qarşılaşıb. Qonaqlar bu oyunda erkən qolla hesabı açsalar da, Kataloniya təmsilçisi ikinci yarıda məğlubiyyətdən xilas olmağı bacarıb. Matçın sonlarında daha bir qol vuran meydan sahibləri əzmkar qələbə qazanıblar. Qrupun digər oyununda Dortmund “Borussiya”sı səfərdə “Slaviya”nı məğlub edib.
“Ayaks” səfərdə “Valensiya”nı darmadağın edib. H qrupunun digər matçında “Çelsi” səfərdə “Lill” üzərində çətin qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
2 oktyabr
E qrupu
Genk (Belçika) – Napoli (İngiltərə) 0:0
Liverpul (İngiltərə) – Zalsburq (Avstriya) 4:3
Qol: Mane, 9. Robertson, 25. Salah, 36; 69 – Hvanq, 39. Minamino, 56. Haland, 60.
F qrupu
Slaviya (Praqa, Çexiya) – Borussiya (Dortmund, Almaniya) 0:2
Qol: Hakimi, 35; 89.
Barselona (İspaniya) – İnter (İtaliya) 2:1
Qol: L.Suares, 58; 84 – L.Martines, 3.
G qrupu
Zenit (Rusiya) – Benfika (Portuqaliya) 3:1
Qol: Dzyuba, 22. Dias, 70-öz qapısına. S.Azmun, 78 – De Tomas, 85.
Leyptsiq (Almaniya) – Lion (Fransa) 0:2
Qol: Depay, 11. Terrye, 65.
H qrupu
Lill (Fransa) – Çelsi (İngiltərə) 1:2
Qol: Osimhen, 33 – Abraham, 22. Villian, 78.
Valensiya (İspaniya) – Ayaks (Hollandiya) 0:3
Qol: Ziyex, 8. Promes, 34. Van de Bek, 67.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd