Dünya futbolu
Millimizlə oyuna daha bir futbolçu çağırıldı
AÇ-2020-nin seçmə mərhələsində bu ay Xorvatiya və …
AÇ-2020-nin seçmə mərhələsində bu ay Xorvatiya və Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığmasına daha bir oyunçu dəvət edilib.
Futbolinfo.az xəbər verir ki, "Dunayska"nın yarımmüdafiəçisi Mate Vida yenidən komandaya cəlb edilib.
Baş məşqçi Marko Rossi heyətə 26 futbolçu çağırmışdı. Lakin bəzi problemlər siyahının artmasına yol açıb. Belə ki, Barat Botond və Adam Nad cəza üzündən Xorvatiya ilə görüşü buraxacaqsa, Balaş Cudcak, Dominik Şoboşlay, Mixay Korxut və Mate Patkay qarşıdakı matçda sarı vərəqə alarsa, Azərbaycanla matçda iştirak etməyəcək. Məhz bunları nəzərə alan məşqçilər korpusu Mate Vidaya da ehtiyac duyub.
Qeyd edək ki, oktyabrın 10-da Splitdə Xorvatiyanın qonağı olacaq macarlar bundan 3 gün sonra Budapeştdə Azərbaycanı qəbul edəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub